ÜFQİ ZONALAR

hündürlük və ya şaquli zonallığın əksinə, üfqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir. Ü.z. dedikdə, adətən enlik üzrə olan zonallıq, yəni meridian istiqamətində enliklər dəyişdikcə zonaların da dəyişilməsi nəzərdə tutulur. Ü.z.-ın əsas səbəbləri – Yerin forması və onun Günəşə nisbətən tutduğu mövqeyidir. Günəşin şüa enerjisinin zonal bölgüsü nəticəsində yer üzərində temperatur, buxarlanma və buludluq, atmosfer təzyiqi, küləklər, okeanların üst qatında suyun şorluğu, iqlimlər, aşınma prosesləri, torpaq əmələgəlmə, bitkilər və heyvanlar aləmi, çay şəbəkəsi və s. zonalar üzrə yerləşmişdir. Lakin bunların heç biri ideal enlikzonası təşkil etmir. İdeal zonallıq yer səthinin enliklər üzrə başdan-başa hamar düzənlik və su ilə qurunun hər meridian üzrə simmetrik paylanması şəraitində ola bilərdi. O zaman zonalar qərbdən şərqə doğru uzanardı və düzgün zolaqlar şimaldan cənuba doğru bir-birini əvəz edərdi. Yer kürəsində su və qurunun qeyri-bərabər bölgüsü, qurunun ovalıqlardan, sıra dağlardan, yaylalardan ibarət olması, materiklərin bəzilərinin sahil boyundan soyuq, bəzilərinin sahil boyundan isə isti dəniz cərəyanları keçməsi və s. Ü. z-ın strukturunun onun ideal sxemindən çox fərqlənməsinə səbəb olmuşdur.
URBANİZASİYA
ÜFÜQ
OBASTAN VİKİ
Təbii zonalar
Təbii zonalıq — coğrafi enliklər üzrə istilik və rütubətin nisbətinin dəyişməsindən asılı olaraq,ekvatordan qütblərə tərəf təbii komplekslərin tədricən dəyişməsi qanunauyğunluluğudur. Təbii zona- hər hansı ərazi üçün səciyyəvi olan və təbii komponentlərin eynilik təşkil etdiyi təbii komplekslərdir. Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır.Orta illik yağıntılar 1500–2000 mm,bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür.Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var.
Üfqi səth
Üfüqi səth (rus. уровенная поверхность, ing. level surface) — bütün nöqtələrində ağırlıq qüvvəsinin potensialı bərabər olan Yerin qravitasiya sahəsinə uyğun gələn Üfqi səth. Dünya okeanı sularının orta səviy-yəsidir.
Üfqi yatım
Üfqi yatım (rus. горизонтальное залегание, ing. flat bed, flat pitch) — süxur laylarının tamamilə üfqi vəziyyətdə yatması.
Geokimyəvi zonalar
Geokimyəvi zona – termin. Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir.